Kamran Şahsuvarlı: "Olimpiya çempionu olmaq üçün sona qədər çalışacam"

16:49 16 Avqust 2016

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda Qazaxıstan təmsilçisi Janibek Alimxanulı üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. 


Sportarena.az xəbər verir ki, bununla da Rio-2016-nın ən azı bürünc medalını təmin edən idmançı qalib gəldiyi döyüşün ardından fikirlərini açıqlayıb. O, qazandığı uğura görə kluba təşəkkür edib: 
“Rinqə çıxmazdan öncə çox həyəcanlı idim. Başımda o qədər fikirlər var idi ki, nə edəcəyimi, necə vuruşacağımı bilmirdim. Ancaq ilk raunddan sonra rəqibin üslubunu tutdum. Baxdım ki, üstümə gəlir. Üç zərbə vurmalı idim, onu da bacardım. Yarımfinala kimi gəldiyim üçün şükür edirəm. Ancaq hər idmançının əsas arzusu Olimpiya çempionu olmaqdır. Ona görə də sona qədər çalışacağam. Mən də özümə inanıram. Bir də burdan klubuma – “Qəbələ” İdman Klubuna və 3 müəllimimə təşəkkür etmək istəyirəm. Mən Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbek Alimxanulı ilə döyüşmüşdüm, həm də məğlub olmuşdum. Demək olar ki, ondan əvəzini çıxdım. Həm əvəz çıxmaq, həm də valideynlərimi və mənə inananları, dəstək verənləri şad etmək üçün döyüşdüm”.


Digər xəbərlər

Xəbər xətti