Qriqorçuk: "... ölməyə hazır olmalıyıq" - MÜSAHİBƏ

00:01 18 Avqust 2016

Avropa  Liqasının pley-off  mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” sabah Saloveniyanın "Maribor”  komandasını qonaq edəcək.  
 

Sportarena.az xəbər verir ki, oyundan bir gün öncə "Qəbələ”nin baş məşçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutub: 
 

- Komanda "Lill” qələbəsinin təsirindən ayılıbmı?
- Komanda "Lill”lə oyunun təsirindən ayılıb. Futbolçular ancaq inkişafı düşünməlidi. Biz irəli baxmalıyıq. "Lill”lə matdan sonra iki oyun keçirmişik və futbolçuların durumu məni qane edir. 
 

- Sabahkı oyunun start heyətini müəyyənləşdirmisinizmi?
- Rəqibi təhlil etmişik. Futbolçuların "Maribor" haqqında məlumatı var. Bəli, heyətlə bağlı fikirlərimi bir yerə cəmləmişəm. Ancaq həmişə olduğu kimi, oyun günü yekun qərar verəcəyəm. 
 

- Hazırda Azərbaycanda işləyən ən yaxşı ukraynalılardan birisiniz...
- Azərbaycanda özümü çox rahat hiss edirəm. İnsanlara minnətdarlığmı bildirirəm. Bəli, bizə dəstək var və biz bu dəstəyi hiss edirik. 
 

- "Maribor”un daha əvvəl geridə qoyduğunuz rəqiblərdən fərqi nədir?
- "Maribor” güclü komandadı. Rəibimizin yaxşı kollektivi var. "Maribor”u digər komandalardan oyun sistemi ilə fərqləndirə bilərəm. Rəqib topla çox sürətli hərəkət edir. Rəqibin oyununda məşqçi işi açıq-aşkar hiss olunur. Komanda haqqında yalnız yaxşı fikirlər bildirmək olar. 
 

- Kapitanın yoxluğu komandanıza necə təsir edəcək?
- Hər hansı futbolçunun yoxluğu məşqçinin işini çətinə salır. Rəşadın yaşı çox olsa da, öz üzərində işləyir və son zamanlar yaxşı formadadır. Ancaq bu gün Rəşadın zədəsi haqqında yox,sabah oynayacaq futbolçular haqqında danışmaq lazımdır.
 

- Komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Bunu faizlə deməyin tərəfdarı deyiləm. Hətta bir faiz şansın olsa belə, sona qədər mübarizə aparmalısan. Biz bu bir faiz üçün ölməyə də hazır olmalıyıq. Düşünürəm ki, sabah şansımız bir faizdən çox olacaq.
 

- Qayğılı görünürsünüz. Bunun səbəbi kapitanın yoxluğudu, yoxsa...
- Bu, ona görədi ki, yüksək səviyyədə konsentrasiya olmuşam. Qayğılı deyiləm.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti