Luis Enrike:"Bu superkubok , ümumiyyətlə kimə lazımdır?"

22:16 18 Avqust 2016

"Barselona"nın baş məşqçisi Luis Enrike superkuboku götürdükdən sonra turnir haqda fikrilərini bildirib.


"Bu superkubok ümumiyyətlə nəyə lazımdır? Ölkə kuboku və çempionatını eyni komanda qazandıqda belə oyunların keçirilməsinə ehtiyac yoxdur.


Bilirəm ki, bu bir biznesdir. Lakin idman nöqteyi-nəzərindən heç bir anlamı yoxdur", – deyə Luis Enrike qeyd edib.

Bundan başqa ispan mütəxəssis şənbə günü "Betis"lə oyunu nəzərə alaraq superkubokun cavab qarşılaşmasının gec saatlarına salınmasından da narazılığını bildirib.


Xəbər xətti