"Qarabağ"ın oyununda erməni təxribatı - FOTO

01:40 19 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” İsveçdə "Höteborq”un qonağı olub. 


Sportarena.az xəbər verir ki, oyundan öncə yerli azarkeşlər erməni təxribatına yol veriblər. Belə ki, tribunadan asılan Ermənistan bayrağı "Qarabağ”ın azarkeşlərinin cəhdindən sonra tribunadan götürülüb. Ancaq bu təxribata növbəti dəfə yol verilib. 


"Höteborq” 56-cı dəqiqədə cərimə zərbəsi sayəsində önə keçib. Məhz bu qoldan sonra tribunalarda növbəti dəfə düşmən bayrağı açılıb.(sportinfo)


Xəbər xətti