Millimiz Gürcüstana uduzdu

10:08 22 Avqust 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan futbolçularımız 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Kamran Quliyev vurub.

Avqustun 23-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti