"Qəbələ"nin cavab oyununun fit sahibi bəlli oldu

14:51 22 Avqust 2016

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" cavab görüşünə hakim təyinatları açıqlanıb.

Oyunu  macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kassay olacaq. Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim funksiyasını Tamas Boqnar yerinə yetirəcək.

Qeyd edək ki, "Maribor" - "Qəbələ" oyunu avqustun 25-i  Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti