Millimizin heyəti açıqlandı: yeni adlar var

15:08 22 Avqust 2016

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb: Kamran Ağayev (Sumqayıt), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (İnter), Tərlan Quliyev (İnter), Maksim Medvedev (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Pavel Paşayev (Stal, Ukrayna), Magomed Mirzabekov (Qəbələ), Arif Daşdəmirov (Qarabağ), Ruslan Abışov (İnter), Rahid Əmirguliyev (Qarabağ), Qara Qarayev (Qarabağ), Elvin Məmmədov (Zirə), Əfran İsmaylov (Qarabağ), Dmitri Nazarov (Erzgedirge Aue, Almaniya), Rəhman Hacıyev (Neftçi), Araz Abdullayev (Neftçi), Eddi İsrafilov (Kadis, İspaniya), Emin Mahmudov (Boavişta, Portuqaliya), Ağabala Ramazanov (İnter), Ruslan Qurbanov (Neftçi), Namik Ələskərov (Qarabağ), Ramil Şeydayev (Trabzonspor, Türkiyə), Mahir Mədətov (Qarabağ).


Xəbər xətti