"Qəbələ"nin səfər planı

00:33 23 Avqust 2016

Avropa Liqasının pley-of mərhələsi çərçivəsində "Maribor"un qonağı olacaq "Qəbələ"nin səfər planı bəllidi.
 Roman Qriqorçukun yetirmələri avqustun 24-ü səhər saatlarında Sloveniyaya yola düşəcək. 
 
Komanda burada "Habakuk Hotel"də məskunlaşacaq. "Qırmızı-qaralar" matç başa çatandan dərhal sonra vətənə qayıdacaq.
 
Qeyd edək ki, "Maribor" - "Qəbələ" matçı avqustun 25-i, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti