"Barselona" təsdiqlədi: Bravo gedir

21:09 23 Avqust 2016

"Barselona"nın nümayəndəsi Robert Fernandes komandanın qapıçısı Kladio Bravonun "Mançester Siti"yə keçəcəyini təsdiqləyib.


Çilili qolkiper bu həftənin cümə axşamı Mançesterə gedəcək.


Bu transfer üçün "Mançester Siti"nin 17 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.


Qeyd edək ki, K.Bravo 2014-cü ildə "Real Sosyedad"dan "Barselona"ya keçib.


Xəbər xətti