Azərbaycanın olimpiya yığması Vətənə döndü

00:35 24 Avqust 2016

Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edən yığma komandanın üzvləri yarışların keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərindən Vətənə dönüb.

 

Sportarena.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi keçirilib. Qarşılanma zamanı izdiham yaşanıb.


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 56 idmançı təmsil edib. Onlardan 18-i medal qazanıb. İdmançılardan 11-i - güləşçilər Mariya Stadnik, Nataliya Sinişin, Sabah Şəriəti, Xetaq Qazyumov, Şərif Şərifov, taekvondoçu Radik İsayev, Milad Beigi Harçeqani və Patimat Abakarova, kanoeçi Valentin Demyanenko, kayakçı İnna Osipenko-Radomska, boksçu Lorenso Sotomayor legionerdir. Yerli medalçılar isə cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev və Cəbrayıl Həsənovla yanaşı, boksçu Kamran Şahsuvarlıdır.(report)


Xəbər xətti