"Arsenal" və "Milan"ın əfsanələri üz-üzə gələcək

22:12 24 Avqust 2016

 Londonun “Arsenal” və İtaliyanın “Milan” klubunun əfsanələri arasında xeyriyyə görüşü keçiriləcək.

Bu görüş üçün artıq “Arsenal” iştirak ərizəsini təqdim edib.

Yens Lemann, David Siman, Lee Dikson, Nigel Vinterburn, Stiv Bold, Silvinyo, Giovanni Van Bronkxost, Robert Pires, Freddie Lyunberg, Ray Parlor, Mark Overmars, Anders Limpar, Edu, Emmanuel Petit, Jilberto, Dennis Berkamp, Sylvain Viltord, Tierri Anri, Kanu.

“Milan” klubundan isə hələki Paolo Maldini, Frank Baresi, Kafu və Flippo İnzaqinin oynayacağı dəqiqləşib.

Qeyd edək ki görüş sentyabrın 3-ü Emireyts stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti