Putin Türkiyə - Rusiya oyununa gedir

23:47 24 Avqust 2016

Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək.

Sportarena.az xəbər verir ki, bu barədə T24 nəşri xəbər yayıb.

Məlumata görə, həmin gün Antalyada Türkiyə və Rusiyanın futbol üzrə milli komandaları arasında yoldaşlıq matçı keçiriləcək.

Məlumatda Putin və Ərdoğanın həmin qarşılaşmanı birgə izləyəcəkləri qeyd olunur.


Xəbər xətti