"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı görüşlərini necə izləyək?

11:56 25 Avqust 2016

Bu gün Avropa Liqasında pley-of mərhələsinin cavab oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, sözügedən mərhələdə iki komandamız "Qarabağ" və "Qəbələ" klubları bu gün növbəti görüşlərini keçirəcək.


İlk olaraq "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda İSveçin "Göteborq" klubunu qəbul edəcək. Saat 20:30-da start götürəcək matç İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.


"Qəbələ" isə Sloveniyada "Maribor"un qonağı olacaq. Saat 22:15-də başlayacaq matçı "CBC Sport" kanalı canlı yayımlayacaq.


Xəbər xətti