İtaliya millisinin üzvü "Qarabağ"a qarşı oynamayacaq

17:56 28 Avqust 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” futbolçusu Cüzeppe Rossini icarəyə verib.


29 yaşlı hücumçu karyerasını İspaniya La Liqasında davam etdirəcək.


İtaliya millisinin üzvü mövsümün sonuna qədər “Selta”da icarə əsasından çıxış edəcək.


Qeyd edək ki, “Fiorentina”  qrup mərhələsinin II turunda sentyabrın 29-da “Qarabağ”ı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti