Aquero: "İbrahimoviç ilə yarışmıram"

23:45 28 Avqust 2016

“Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aquero maraqlı açıqlamalar verib. O Premyer Liqa “Qızıl Buts”u uğrunda Zlatan İbrahimoviç ilə yarışmadığını bildirib.

“İbrahimoviç və mən çempionata yaxşı başlamışıq. Lakin mən onunla yarışmaq haqqında düşünmürəm. Mən özüm ilə yarışıram. Özümü ötən mövsümdə olduğumdan daha yaxşı inkişaf etdirmək istəyirəm. Burada olduğum gündən əsas istəyim hər keçən mövsüm daha da irəliləmək və kuboklar qazanmaqdır. Premyer Liqa və Çempionlar Liqası başda olmaqla məqsədimiz bütün titullarda uğurlu olmaqdır”.


Digər xəbərlər

Xəbər xətti