"Qəbələ"nin rəqibləri heç-heçə etdi

12:54 29 Avqust 2016

Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibləri olan “Sent Etyen” və “Anderlext” ölkə çempionatında növbəti oyunlarına çıxıblar. 
 

“Sent Etyen” Fransa çempionatının III turunda “Tuluza”nı qəbul edib. Qarşılaşmada tərflər çox çalışa da, hesab açılmayıb. “Sent Etyen” 3 turdan sonra 4 xalla 10-cu pillədədir.
 

"Qırmızı-qaralar"ın digər rəqibi “Anderlext” isə Belçika Pro Liqasının V turunda “Gent”i qəbul edib. Qarşılaşama 2:2 hesabı ilə başa çatıb. Anderlext 5 turdan sonra 9 xalla 5-ci pillədə qərarlaşıb.


Xəbər xətti