Milli komandamızın yeni baş məşqçisi müəyyənləşdi

22:17 29 Avqust 2016

17 yaşadək futbolçulardan ibarət milli komandamızın yeni baş məşqçisi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə Rafiq Mirzəyevi onun köməkçisi Vüqar Məmməd əvəzləyib:


"Vüqar Məmməd müvəqqəti olaraq U-17-yə baş məşqçi təyin edildi. O, uzun illərdi yığmada köməkçi məşqçi kimi çalışır. Qərara gəldik ki, ona şans verək. O, komandanın əsasını təşkil edən futbolçuları çox yaxşı tanıyır".


Digər xəbərlər

Xəbər xətti