"Qalatasaray" və "Fənərbağça"nın prezidentinə ağır cəza

23:16 30 Avqust 2016

İki İstanbul nəhəngi - "Qalatasaray" və "Fənərbaxça"nın prezidentləri sərt şəkildə cəzalandırılıb. Buna səbəb klub rəhbərlərinin idman prinsiplərinə zidd açıqlamalar verməsi olub. Buna görə "bülbüllər"in prezidenti Əziz Yıldırım 120, "sarı-qırmızılar"ın patronu Dursun Özbək isə 45 gün prezident səlahiyyətlərindən məhrum edilib. Türkiyə Futbol Federasiyasının qəbul etdiyi qərarə əsasən, Yıldırım 140, Özbək isə 30 min türk lirəsi dəyərində cərimə ödəyəcək.
Qeyd edək ki, Dursun Özbəkin taleyini "Bursaspor"un prezidenti Ali Ay da yaşayıb.


Digər xəbərlər

Xəbər xətti