"Qarabağ"da yeni baş məşqçi

11:39 31 Avqust 2016

"Qarabağ" klubunun 18 yaşadək futbolçulardan ibarət komandası yeni baş məşqçiyə həvalə olunacaq.
 

Sportarena.az xəbər verir ki, bu, İspaniyanın "Uraqan" klubunun idman direktoru vəzifəsində çalışmış Pablo Ximenesdir.


Ximenes sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, xarici peşəkar klubdan təklif aldığı üçün 6 aydır çalışdığı komandadan ayrılır. 
 

Qeyd edək ki, Pablo Ximenes "Uraqan"da gənclərdən ibarət komandaların koordinasiyasına cavabdehlik daşıyıb ("Report").  


Xəbər xətti