Qurbanov rəsmən "Qəbələ"də!

22:21 31 Avqust 2016

Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
 
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” hücum xəttini millimizin və "Neftçi"nin futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 

Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.

Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub.
 


Digər xəbərlər

Xəbər xətti