Qattuzo əvvəlki iş yerinə qayıdır

16:07 2 Sentyabr 2016

İtaliya millisinin eks futbolçusu Cennaro Qattuzo "Piza" klubuna geri dönür.


Sportarena.az xəbər verir ki, gənc mütəxəsis bir neçə gün öncə yollarını ayırdığı B Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.


Klub rəhbərliyi ötən ay idarəçilikdən narazı olan Qattuzo ilə kompromiss əldə edə bilib.


Ötən mövsüm Qattuzo "Piza"nı B Seriyasına çıxarmışdı. 


Digər xəbərlər

Xəbər xətti