"Qəbələ" sifariş vərəqini UEFA-ya təqdim etdi

17:47 2 Sentyabr 2016

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsi üçün heyəti müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Belçikanın “Anderlext”, Fransanın “Sent-Etyen” və Almaniyanın “Mayns” klubları ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Beynəlxalq quruma göndərilən A siyahısında 21 futbolçu yer alıb. B siyahısına isə 9 oyunçu daxil edilib. 


Xatırladaq ki, “Qəbələ” qrupda ilk oyununu sentyabrın 15-də keçirəcək. “Qırmızı-qaralar” həmin gün səfərdə “Anderlext”lə qarşılaşacaq.

 

A vərəqi
Qapıçılar
: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç, 35. Murad Popov.


Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santosş 


Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov. 


Hücumçular: 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo. 


B vərəqi
Qapıçı:
36. Süleyman Süleymanov. 
Müdafiəçi: 39. Sadiq Quliyev.
Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Roman Hüseynov, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov. 
Hücumçular: 70. Fərid Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 90. Ramil Hasanov.


Xəbər xətti