Namiq Əliyev Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinə yenidən üzv seçildi

18:39 4 Sentyabr 2016

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü seçilib.


Sportarena.az xəbər verir ki, sentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.


Konqresdə İcraiyyə Komitəsi üzvlərindən səlahiyyət müddəti başa çatanların yerinə yeni üzvlərin seçkisi də baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan AGF I vitse-prezidenti Namiq Əliyev yenidən namizədliyini irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan AGF rəsmisi yenidən DGB İcraiyyə Komitəsinə üzv seçilib. Namiq Əliyev qarşıdakı 6 il müddətində beynəlxalq qurumun idarəçiliyində iştirak edəcək.  


Xatırladaq ki, AGF I vitse-prezidenti Namiq Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyi (o vaxtkı FİLA) İcraiyyə Komitəsinin üzvü seçilib. 


Xəbər xətti