Millimiz qələbə qazandı və növbəti mərhələyə yüksəldi

12:55 6 Sentyabr 2016

Çimərlik futbolu üzrə FİFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 4:1.

Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.

Beləliklə, millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.


Xəbər xətti