Messinin oğlu da "Barselona"da

12:50 7 Sentyabr 2016

"Barselona"nın ulduz futbolçusu Lionel Messinin oğlu Tiaqo da sözügedən komandanın şərəfini qoruyacaq. O, Kataloniya klubunun 3-5 yaşlı uşaqlardan təşkil olunan komandasına qatılıb.

Xatırladaq ki, ata Messi də futbola 5 yaşında başlayıb. Hazırda dünyanın ən yaxşı iki futbolçusundan biri olan argentinalı 8 yaşında "Qrandoli"nin aşağı yaş qrupundan "Nyuells Old Boys"a transfer olunub.

Qeyd edək ki, ulduz futbolçu səhhətindəki problemlər səbəbindən 13 yaşında "La Masia"ya keçib və 16 yaşında "Barselona"da peşəkar futbola başlayıb.


Digər xəbərlər

Xəbər xətti