"Fənərbaxça"dan qadın azarkeşlərini sevindirəcək addım

14:30 7 Sentyabr 2016

Türkiyənin “Fənərbaxça” klubu Yapinoyuanın “Sanrino” şirkətinə məxsus olan Hello Kityy brendi ilə əməkdaşlıq haqqından razılıq əldə edib.
 “Fənərbaxça”nın geyim mağazası olan Fenerium ilə Hello Kitty arasında əldə olunan razılıqda əsas məqsəd “Fənərbaxça” azarkeşi olan xanımları və qız uşaqlarını iki brendin ortaq məhsulu ilə təmin etməkdir.


Qeyd edək ki, daha əvvəl “Milan” klubu da Hello Kitty ilə əməkdaşlıq edib.
Qeyd edək ki, 1974-cü ildə Yaponiyanın “Sanrino” şirkəti tərəfindən yaradılan Hello Kitty məşhur cizgifilm xarakteridir. Hazırda isə həmin brend adı altında uşaq oyuncağından tutmuş çanta, ayaqqabı, geyim aksesuarlarına qədər müxtəlif məhsulları isthesal olunur və satılır.


Digər xəbərlər

Xəbər xətti