Millimizin üvzü oynadı, komandası növbəti mərhələyə adladı

13:47 8 Sentyabr 2016

Futbol üzrə İspaniya kubokunda ikinci mərhələnin oyunları keçirilib.

 Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" də kubokda ilk sınağına çıxıb. Həmyerlimizin komandası "Levante" ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Tərəflər əlavə yarım saatda da qalibi müəyyənləşdirə bilmədiyindən penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən futbolçumuzun komandası 3:2 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb. 81-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti