Daha 4 idmançımız mübarizəyə başlayır

Sportarena.az      9 Sentyabr 2018, 11:50

Braziliyada keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları davam edir.

Bu gün daha 4 idmançımız mübarizəyə qoşulacaq.

73 kq çəkidə cüdoçumuz Ramil Qasımov1/4 finaldaCerardo Rodriqes (Kuba) - Rodolfo Ramires (Argentina) cütünün qalibi ilə qarşılaşacaq. 81 kq-da mübarizə aparacaq Rövşən Səfərovun  1/8 finaldakı rəqibi Aleksandr Kazloy (Berlus) olacaq..

Qadın cüdoçulardan Səbinə Abdullayeva 57 kq çəkidə 1/4 finalında azərbaycanlı paralimpiyaçı yaponiyalı Junko Hiroseni məğlub etməyə çalışacaq.

Cüdo yarışlarına Bakı vaxtı ilə saat 17:00-da başlayacaq

Yelena Taranova 10 metr məsafəyə atəşaçmada qüvvəsini sınayacaq. Yarışlara saat 16:30-da start veriləcək.

100 metr məsafəyə qaçışın yarımfinalına yüksələn Yelena Çebanu saat 19:08-də start xəttində olacaq.


Qeyd edək ki, XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycan bir medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən cüdoçu Bayram Mustafayev finalda uduzaraq gümüş medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin