Tanınmış rus boksçu, yaxın keçmişdə dünya və Avropsa birinçiliklərində medalçılar sırasında olmuş, ikiqat Rusiya çempionu Roman Romançuk ötən qecə qəflətən vəfat edib.
37 yaşlı Romançukun öımünə səbəb ürək tutması olub.
Ən böyük uğurunu finalda döyüşməklə Bakıda keçirilən 2006-cı ilin Dünya Kubokunda qazanan Romançuk, karyerasının ən parlaq vaxtında, Vladivostokda avtobus dayanacağıda baş vermiş konflikt nəticəsində insan öldürməkdə təqsirlənərək, azadlıqdan mərhum edilmişdi. Azadlığa çıxandan sonra karyerasını davam etdirəcəyini bəyan etsə də, cəmi 10 il bundan qabağ "Rusiyanın ən texnikalı boksçusu" adını qazanan Roman artıq böyük uğurlara imza ata bilməmişdi. (atv.az)