Mançester derbisi tarixə düşəcək

15:31 9 Sentyabr 2016

Sabah saat 15:30-da Old Traffordda baş tutacaq “Mançester” derbisi tarixə keçəcək.

Belə ki, böyük derbi dünyanın ən bahalı matçı olacaq. Transfer sezonunda heyətini gücləndirən 2 komandanın heyətinin dəyəri 600 milyon paund edir. Xüsusən də Con Stons və Paul Poqba transferləri bu rəqəmi yüksəldir. Serxio Aqueronun cəzalı olduğundan bu matçı buraxacaq. Zlatan İbrahimoviçin də “Mançester Yunayted”ə pulsuz başa gəldiyini nəzərə alsaq bu oyun yenə də ən bahalı olacaq.


Digər xəbərlər

Xəbər xətti