Zlatan İbrahimoviç tarixə keçdi

01:15 12 Sentyabr 2016

“Mançester Yunayted”in 34 yaşlı ulduz futbolçusu Zlatan İbrahimovuç klub tarixinə keçib.

 Premyer Liqanın ilk 4 həftəsinin hər birində qol vurmağı bacaran Zlatan, daha əvvəllər buna nail olmuş Robin van Persi və Luiş Sahanın nəticəsini təkrarlayıb. Növbəti tur Zlatan yenə də rəqib qapısına yol taparsa o “Mançester Yunayted” tarixində ilk 5 həftənin hər birində qol vuran futbolçu olaraq klub tarixinə düşəcək.


Digər xəbərlər

Xəbər xətti