Millimiz Olimpiadada 8-ci oldu

22:05 13 Sentyabr 2016

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun görüşləri keçirilib.


Kişilərdən ibarət əsas millimiz  Türkmənistana, ikinci komandamız isə Boliviyaya qalib gəlib. Üçüncü yığmamız isə Albaniya ilə heç-heçə oynayıb.


Bu nəticələrdən sonra əsas millimiz olimpiadanı 15 xalla 12-ci yerdə başa vurub. İkinci komandamız 14 xalla 26-cı, üçüncü yığmamız isə 13 xalla 49-cu olub.


Olimpiadanın qalibi 20 xalla ABŞ yığması olub. Ukrayna millisi 20 xal toplamasına baxmayaraq, əmsallara görə ikinci yeri tutub. Rusiya 18 xalla üçüncü pillədə qərarlaşıb.


Qadınlardan ibarət əsas yığmamız olimpiadanı Malayziya üzərində qələbə ilə başa vurub. İkinci komandamız İrana uduzub, üçüncü millimiz Makedoniyaya qalib gəlib.

11 turda 16 xal toplayan qadınlardan ibarət əsas millimiz 8-ci yeri tutub. Üçüncü yığmamız 30-cu, ikinci millimiz isə 32-ci olub.

XI tur

Kişilər

 

Türkmənistan - Azərbaycan-1 - 1:3

Maksat Atabayev - Teymur Rəcəbov - 0.5:0.5

Yusup Atabayev - Rauf Məmmədov - 0.5:0.5

Saparmırat Atabayev - Arkadi Naydiç - 0:1

Xandzar Odyev - Eltac Səfərli - 0:1


Azərbaycan-2 - Boliviya - 3:1

Vasif Durarbəyli - Xose Daniel Cemi - 0:1

Nicat Abbasov - Luis Migel Aqillar - 1:0

Ülvi Bacarani - Anoday Delqadillo - 1:0

Namiq Quliyev - Alexandro Parraqa - 1:0


Azərbaycan-3 - Albaniya - 2:2

Vüqar Əsədli - Erald Dervişi - 0.5:0.5

Nail Bəşirli - Dritan Mehmeti - 1:0

Abdulla Qədimbəyli - İlir Seitaj - 0.5:0.5

Pərviz Qasımov - Frants Aşiku - 0:1

 

Qadınlar

Azərbaycan-1 - Malayziya - 3:1

Zeynəb Məmmədyarova - Li Tinq Tan - 0.5:0.5

Günay Məmmədzadə - Aliya Bakri - 0.5:0.5

Aydan Höccətova - Nur Nabilya Azman - 1:0

Nərmin Kazımova - Puteri Rifqax Azxar - 1:0


İran - Azərbaycan-2 - 3.5:0.5

Sarasadat Xademalşariex - Türkan Məmmədyarova - 1:0

Atousa Purkaşian - Nərmin Xələfova - 1:0

Mitra Xidjazipur - Ülviyyə Fətəliyeva - 1:0

Qazal Hakimifard - Nərgiz Umudova - 0.5:0.5


Makedoniya - Azərbaycan-3 - 0:4

Monika Stoykovska - Nərmin Məmmədova - 0:1

Boyana Beyatoviç - Xanım Balacayeva - 0:1

Draqana Nikolovska - Gövhər Beydullayeva - 0:1

İvana Manova - Ayan Allahverdiyeva - 0:1(qol.az)


Digər xəbərlər

Xəbər xətti