Çempionlar Liqasında bir oyun təxirə salındı - FOTOLAR

23:01 13 Sentyabr 2016

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Mançester Siti" – "Borussiya Münhenqladbax" matçı təxirə salınıb. 


Sportarena.az xəbər verir ki, buna səbəb Mançesterdə başlayan şiddətli yağış olub.
 

Matçın hakimləri meydançanı yoxladıqdan sonra görüşün bu gün oynanılmamasına qərar veriblər. Matçın taleyinə irəlidəki saatlarda aydınlıq gələcəyi gözlənilir.

 
Qeyd edək ki, C qrupunda çıxış edən bu iki komandanın rəqibləri "Barselona" və "Seltik"di. 


Digər xəbərlər

Xəbər xətti