Qurban Qurbanov: "Hazırda bəzi nüanslar var ki, kənara çıxara bilmərik"

17:30 14 Sentyabr 2016

"Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Çexiyanın “Slovan” klubunu qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, oyundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 

“Həm özümüzə, həm də “Qəbələ”yə uğurlar arzulayıram. Çalışacağıq ki, rəqibə qarşı düzgün və səhvsiz oynayaq. Bu, çox vacibdir. Ciddi komandadırlar. Onlar qrupa düşmək üçün 4 oyun keçiriblər və hamısında qalib gəliblər. Son 3 ildə 2 dəfə qrupa düşüblər. “Sevilya” kimi komanda ilə 1:1 oynayıb, pley-offda isə “Udineze”ni mübarizədən kənarlaşdırmış klubdurlar”
 

- AZAL oyundakı heyətlə sabah keçiriləcək matçın start 11-liyində fərq olacaq?
- Bəzi fərqlər olacaq. Amma indi deyə bilmərəm.
 

- Stadion problemi komandaya nə dərəcədə təsir edəcək?
- Fikrimcə, bu amili çox şişirtmək lazım deyil. İstəyirik ki, daha çox azarkeşin önündə oynayaq. Amma hazırda bəzi nüanslar var ki, kənara çıxara bilmərik.

 
- “Slovan”ın kapitanı Lukaş Pakorni 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, sizin üçün üstünlük sayılmalıdır?
- Rəqibin çox seçimi var. Əlbəttə, heç bir məşqçi istəməz ki, heyətlə bağlı problem yaşasın. Hər məşqçinin əlində 14-15 eyni səviyyədə çıxış edən futbolçu var. Onların bizdən təcrübəsi daha çoxdur. Fikrimcə, bu onların oyun taktikasına təsir etməyəcək. Onlar öz oyun üslubundan həzz alırlar. Ola bilər ki, kombinasiyalı oyun nümayiş etdirməyək. Meydanda əsl mübarizə olacaq. Onlar öz oyunlarını oynayacaq.
 

- Üzərinizdə təzyiq var?
- Biz “Qarabağ” olaraq daima öz xalqımıza qələbə sevinci yaşatmaq istəyirik. Bundan istifadə etməyə çalışacağıq. İdmançı belə düşüncə ilə meydana çıxanda çox zaman məğlub olur. Güləşçilərimiz erməni rəqibləri digər turnirlərdə məğlub edirlər, lakin olimpiya oyunlarında təzyiqlər çox olur və bəzən məğlub olurlar.
 

- Baroşa xüsusi nəzarət olacaq?
- O, çox təhlükəli futbolçudur. Mənim düşüncəmdə belə taktika yoxdur. Hər bir futbolçu öz zonasına cavabdeh olacaq. Digər oyunçulardan daha çox ona nəzarət daha çox olacaq.
 

- Artıq 3-cü ildir ki, Avropa Liqasının qrupunda çıxış edəcəksiniz. Həyəcanlısız yoxsa adiləşib?
- İldən-ilə daha da artır. Çünki hər il daha artığını gözləyirlər. Ümumiyyətlə hər turnirdə həyəcanlı oluruq. Əgər həyəcan varsa, deməli, məsuliyyət var.

 
- “Qarabağ”la “Slovan”ın bir-biri ilə müqayisə edə bilərsiz?
- Hər komandanın öz üstünlüyü var. Fərqli komandalarıq. Futbolda deyirlər ki, 20-30 yaşlı məşqçi var və onların xüsusi fəlsəfələri var. Hərəsi bir turnirin qalibi olur. Fərqlər çoxdur.
 

- “Viktoriya” ÇL-da yolumuu kəsdi. Rəqib yenə Çexiya klubudur. İntiqam almaq fikriniz var?
- Belə suallar mənə az-az verilir. Qisas hissi yoxdur. Əgər bunu uduzsaq, rəqibi təhlil etmək üçün vaxtımız qalmaz. İdmanda belə prinsip yoxdur.
 

- Bəzən rəqibi çox ciddiyə alanda ziyan verir. Siz “Slovan”ı da çox ciddiyə almısız...
- Ciddiyə almalıyıq. Niyə də ciddi almayaq? Rəqibdən rəqibə fərq var. Hər bir işdə uğurlu olmaq üçün ciddi olmaq lazımdır.
 

- “Neftçi”nin darmadağına baxdınız?
- Mən hər zaman ölkə futbolumuzun inkişaf etməsini istəyirəm. Onların hər ikisi bizim rəqibimizdir. Biz yalnız öz oyunumuza cavabdehik. Futbolda belə hallar olur. “Qarabağ” da hətta böyük hesabla məğlub olub – 2:6. Böyük komandaların başına belə hallar gəlir.
 

- “Azərsun Arena”nı gələcəkdə avrokuboklar üçün hazırlamaq olar?
- Bu avrokuboklar standartlarına cavab vermir. Bu stadionun azarkeş tutumu çox azdır. Tofiq Bəhramov adına Respublika stadionunu 5 illik icarəyə götürmüşük. Biz bu müddət ərzində Respublika stadionunda oynayacağıq.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti