UEFA-nın yeni prezidenti müəyyənləşdi

18:54 14 Sentyabr 2016

Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın  növbədənkənar Konqresi keçirilib.


Sportarena.az xəbər verir ki, Konqresdə Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib.
 

Sloveniyalı futbol funksionerinə UEFA-nın 55 üzvündən 42-si səs verib. Digər namizəd – niderlandlı Mixael van Praaq isə 13 səs toplaya bilib.


Xatırladaq ki, seçkidən bir müddət öncə AFFA açıqlama verərək Aleksander Çeferinin namizədliyini dəstəklədiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti