UEFA Verattinin qırmızı vərəqəsini ləğv edəcək

15:15 17 Sentyabr 2016

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin qrup mərhələsinin 1-ci turunda "Arsenal"la  (1:1) qarşılaşmada aldığı qırmızı vərəqə ləğv ediləcək.
UEFA Paris klubunun appelyasiyasını qəbul edib. Təkrar baxış zamanı italyan futbolçunun qovulmasına səbəb olan sarı vərəqə Markinyosa göstərilməli olduğu aşkar edilib. Məhz o , rəqib futbolçu Olivye Jirunu itələyibmiş. Bu isə o deməkdir ki, Verrattinin cəzası ləğv edilməlidir.


Digər xəbərlər

Xəbər xətti