Skolz: "Poqba Messi kimi davranmağa çalışmamalıdır"

22:51 17 Sentyabr 2016

Dünyanın ən bahalı futbolçusu olan Paul Poqba “Mançester Yunayted”ə transferindən sonra hələki nə qol, nə də qol ötürməsi ilə yadda qala bilmir.

Klubun əfsanələrindən olan Pol Skolz isə Poqbanı daha sadə oynamağa səsləyib:

“Poqba Messi kimi davranmağa çalışmamalıdır. Daha sadə oyun nümayiş etdirməlidir. O sadə oyunla “Maçester Yunayted” üçün daha faydalı olar”.


Xəbər xətti