Cüdo üzrə Bakı Birinciliyinə yekun vuruldu

15:56 18 Sentyabr 2016

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Bakı Şəhər Açıq Birinciliyinə yekun vurulub.


Sportarena.az xəbər verir ki, yarışın sonuncu günündə oğlanlar arasında 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda mübarizə aparıblar.


Qaliblər medal və mükafatlarla təltif olunublar.


Qeyd edək ki, 22 komandanın iştirkat etdiyi Bakı Şəhər Açıq Birinciliyində 208 cüdoçu qüvvəsini sınayıb.


Xəbər xətti