İngiltərə nəhəngləri Qrizmannı transfer etmək niyyətindədi

18:31 20 Sentyabr 2016

İngiltərənin "Arsenal", "Çelsi" və "Mançester Siti" klubları "Atletiko"nun futbolçusu Antoine Qrizmannı heyətinə qatmaq niyyətindədir.
 

Sportarena.az xəbər verir ki, sözügedən klubların futbolçuya görə mövsümün sonunda "Atletiko"ya təklif göndərəcəyi gözlənilir. Məlumata görə Qrizmann üçün transfer təklifinin 100 milyon avro olacağı deyilir.
 

Amma İspaniya klubunun fransız ulduzunu satıb-satmayacağı bilinmir. Çünki FIFA "Atletiko"ya transfer qadağası qoyub və klub 2018-ci ilədək yeni oyunçu ala bilməyəcək. Bu halda madridlilər ulduzlarını satmaya bilər.
 

Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub.


Xəbər xətti