Ramil Şeydayev "Trabzonspor"dakı rəsmi debütündə qol vurdu

22:12 21 Sentyabr 2016

Bu gün Türkiyə kubokunda ikinci turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayev bu gün şərəfini qoruduğu "Trabzonspor" klubunda rəsmi debütünü edib.

R.Şeydayev "Serhat Ardahanspor"la oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, matçın 85-ci dəqiqəsində  fərqlənərək komandasının 6-cı qolunu vurub.


Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti