İngiltərə 2024-cü il Avropa çempionatından əl çəkdi

14:48 23 Sentyabr 2016

İngiltərə Futbol Assosasiyasının sədri Qreq Klark ölkəsinin 2024-cü il Avropa çempionatına ev sahiblik etmək iddiasından əl çəkdiyini bildirib. Bunun da səbəbi 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarının Londonda keçirilməsidir.

"2020-ci ildən 4 il sonra yenidən Avropa çempionatını keçirmək istəyi düzgün çıxmaz.2018-ci il dünya çempionatının namizədliyi mübarizəsi bizə 23 milyon dollara başa gəldi. Bu böyük məbləğdir", — deyə Klark  Daily Mail qəzetinə müsahibəsində bildirib.

Xatırladaq ki, ötən il yayılan məlumata görə, İngiltərə 2024-cü il Avropa çempionatında Almaniyanın namizədliyini dəstəkləyəcək. Almanlar isə 2028-ci il dünya çempionatı zamanı İngiltərəyə dəstək olacaq.


Digər xəbərlər

Xəbər xətti