Əliyar Ağayev "Mançester Yunayted"in oyununda?

13:50 24 Sentyabr 2016

Avropa Liqasında mübarizə aparan "Qarabağ" və "Qəbələ" ilə yanaşı, II turda FİFA referimiz Əliyar Ağayev də ölkəmizi təmsil edəcək.

UEFA yenə gənc hakimə etimad göstərib.

Ancaq hələlik onun hansı matçı idarə edəcəyi məlum deyil. Bizdə olan məlumata görə, Ağayevin təyinatı yeni həftənin ilk günü açıqlanacaq. Dəqiq olan odu ki, Əliyar klublarımızın yer aldığı C və J qruplarınn oyunlarında fit çalmayacaq. Ki, belə olan halda, onun A qrupu çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Zarya" matçını idarə etmək ehtimalı yaranır. Hər halda ötən ilki təyinatdan üzüağ çıxan Ağayevin bu dəfə daha samballı komandanın oyununa təyinat alacağı təxmin edilir. 

Qeyd edək ki, bu, Əliyar Ağayevin qrup mərhələsində ikinci təyinatı olacaq. O, ötən mövsümün 6-cı turunda "Rapid” (Vyana, Avstriya) – "Dinamo” (Minsk, Belarus) matçını idarə etmişdi. 


Xəbər xətti