Millimiz yarımfinalın bir addımlığında

14:05 25 Sentyabr 2016

Bu gecə Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulacaq.


Sportarena.az xəbər verir ki, tarixində ilk dəfə Dünya çempionatının final mərhələsinə qatılan Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda matçda Portuqaliya ilə üz-üzə gələcək.
 
 

Görüş yerli vaxtla 18:00-da, Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
 

Qeyd edək ki, qalib komanda yarımfinalda Argentina – Misir cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti