Zamiq Atakişiyev Krasnodardan qalib dönür

16:09 25 Sentyabr 2016

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. 


Sportarena.az "Qəbələ" klubunun saytına istinadən xəbər verir ki, 30 yaşlı idmançımızın 3-cü sınağı Rusiyanın Krasnodar şəhərində baş tutub. O, “Olimp” idman sarayında təşkil olunan boks gecəsində qüvvəsini sınayıb. Ağır çəki kateqoriyasında çıxış edən Atakişiyev Gürcüstan təmsilçisi Tornike Puriçamiaşvili ilə qarşılaşıb. Bu döyüşədək hər iki idmançı məğlubedilməz olub. Bunadək 2 qələbəsi olan Zamiq 8 dəfə rinqi qalib tərk edən rəqibini ilk məğlubiyyətə məruz qoyub. Belə ki, 6 raund davam etməli olan döyüşdə Atakişiyev qələbə qazanıb. O, rəqibini hakimlərin rəyi ilə məğlub edib. Bu, Zamiqin peşəkar rinqdə üçüncü qələbəsi olub.


Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla, avqustun 26-da beleruslu Viktor Çvarkovu hakimlərin rəyi ilə məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti