Millimizin baş məşqçisi: "Artıq gələcək barədə düşünməliyik"

Sportarena.az      26 Sentyabr 2018, 10:27

"Oyun barədə onu deyə bilərəm ki, əvvəlcədən planlaşdırdığımız kimi oynadıq. Həm müdafiədə, həm də hücumda. Rəqibimiz qapımız qarşısında təhlükəli epizodlar yaratsa da, biz də bu baxımdan borclu qalmadıq. Doğrudur, vurduğumuzdan çox qol buraxdıq. Amma bu da təbii qarşılana bilər. Xüsusilə, son 4-5 dəqiqədə çox üstün oynasaq da, istədiyimiz hesabı əldə edə bilmədik. Bu nəticədən sonra başımızı aşağı salmamalıyıq".

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Milton Luis Ziller Junior dünya çempionatının 1/4 finalında Portuqaliyaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O bildirib ki, artıq gələcək barədə düşünməlidirlər:

"Hesab edirəm ki, ümumilikdə, komanda dünya çempionatında pis çıxış etmədi. İndi növbəti planlarımızın nədən ibarət olmasına diqqət yetirməliyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin