Karateçilərimiz Almaniyada 6 medal qazandılar

13:09 26 Sentyabr 2016

Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar. 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan idmançılarımız  72 ölkə arasında 4-cü nəticə göstəriblər.
7 görüş keçirən Asiman Qurbanlı (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) ilə 6 rəqibini məğlub edən İrina Zaretska (-68 kq, şəxsi məşqçisi Denis Morozov) nüfuzlu Premyer Liqa turnirinin qalibi olublar. 
Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq, hər ikisinin şəxsi məşqçisi Füzuli Musayev) və Nuranə Əliyeva (-50 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) isə bürünc medal qazanıb. 1-ci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə Hamburqa yola düşən heyətdə milli komandanın məşqçilərindən Seymur Hüseynov, yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.


Digər xəbərlər

Xəbər xətti