ŞOK hadisə: Futbol hakiminin avtomobili partladıldı

13:51 28 Sentyabr 2016

Cənubi Kiprdə futbol hakimi ölümlə üzləşib.

Hakim Giorgos Nikolaunun avtomobilinə partlayıcı qurğu yerləşdirilib. Bomba işə düşdükdən sonra güclü partlayış baş verib. Amma xoşbəxtlikdən həmin vaxt hakim avtomobildə olmayıb.  

Yerli mənbələr yazır ki, Giorgos son dövrlərdə mübahisəli oyun idarə etməyib. Buna görə də, hakimin maşınına partlayıcı qurğunun yerləşdirilməsi təəccüb doğurur. Güman edilir ki, partlayışda hansısa futbol klubunun azerkeşlərinin əli var. Hadisə barədə araşdırma aparılır. 


Digər xəbərlər

Xəbər xətti