Simeone: "Almanlar kimi düşünməyi sevirəm"

15:11 28 Sentyabr 2016

"Həmişə alman futbolunu heyranlıqla izləmişəm. Almanlar kimi düşünməyi sevirəm. İnanıram ki, onların beyninə sahib ola bilərik".

Bu sözləri "Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə oyun öncəsi deyib.

O bildirib ki, ötən mövsümə görə, hər iki komanda eyni heyətlə meydana çıxacaq:

"Bavariya" Riberi və Alaba ilə daha da güclənib. Hummels komandaya təcrübə qatır. Digər futbolçular da keçən mövsümdə olduğu "parıldayırlar".

Qeyd edək ki, "Atletiko" - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq


Digər xəbərlər

Xəbər xətti