Güləşçimiz necə öldürülüb?

12:48 29 Sentyabr 2016

Azərbaycan yığmasının üzvü olmuş Çamsulvara Çamsulvarayevin İraqda öldürülməsi ilə bağlı yeni məlumat yayılıb.

Sportarena.az lent.az-a istinadən xəbər verir ki, İŞİD-ə yaxın olan media qurumlarının yaydığı məlumata görə, Çamsulvarayev və onunla birgə döyüşən Məhəmməd Əhmədov sentyabrın 22-də Mosul yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüblər. Onlarla birgə Karaçay-Çərkəzdən olan Abdullah Cay, Abdulhəmid Şişani də həlak olublar.
 
Məlumata görə, əslən Dağıstanını Sumadi rayonundan olan Məhəmməd Əhmədovun evində onun yas mərasimi keçirilib. 3 gün davam edən mərasimə polis müdaxilə etməyib.

Onu da qeyd edək ki, Rusiya mətbuatının iddiasına görə, Çamsulvarayev Dağıstan və Şimali Qafqazdan olan yeniyetmə qızları terror təşkilatına cəlb etmək və onlardan kamikadze hazırlamaqla məşğul olurmuş.

***
Azərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimizlə bağlı açıqlama verib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar. Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə - Dağıstana qayıdıb: "Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik".  
 
Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.


Digər xəbərlər

Xəbər xətti