Rövnəq Abdullayev: "Qalib də gələ bilərdik, amma..." - MÜSAHİBƏ

21:10 29 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qəbələ" - "Maynts" matçını izləyənlər arasında olan R.Abdullayev görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportarena.az saytının əməkdaşının da suallarını cavablandıran R.Abdullayev bunları deyib? 


"Yaxşı oyun oynadıq, amma rəqib çox güclü idi. "Maynts" Almaniya Bundesliqasının əsas komandalarından biridir. Pis oynamadıq. Qalib də gələ bilərdik, amma alınmadı".

 

- UEFA prezidenti  Aleksander Çeferin də oyunu izləyənlər arasında idi. O, oyun barədə nə fikirdə idi?
- Nə fikirdə olmalı idi? Əlbəttə, yaxşı fikirdə olacaq.

- Sizcə nə çatışmırdı "Qəbələ"nin qələbə qazanması üçün?
- Mənə elə gəlir ki, təcrübəmiz çatmadı buna. Onlar çox güclü idilər. 

- "Qarabağ"dan hansı nəticəni gözləyirsiniz bu gün?
- "Qarabağ"dan nə gözləməliyəm, əlbəttə ki, qələbə.


Digər xəbərlər

Xəbər xətti